fbpx

İlan balığının ovuna icazə verildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Nazirlər Kabineti tərəfindən “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişikliklər edilib. Kvota üzrə balıq ovu üçün tələb olunan sənədlərin siyahısı “Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğunlaşdırılıb.

Bunu Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov bildirib.

O qeyd edib ki, əvvəlki qaydalardan fərqli olaraq, yeni qaydalar üzrə balıq ovu üçün kvotaya ərizələrin qəbulu müddəti aprelin 1-dək uzadılıb. Bu da müraciətçilərin sayının artmasına və subyektlərin kvotadan daha səmərəli istifadəsinə səbəb olacaq.

“Digər dəyişikliklər isə balıq ovunun müddətləri ilə bağlıdır. Əvvəlki qaydalarda bütün meliorativ kollektorlarda balıq ovuna icazə il boyu ərzində verildiyi halda, yeni qaydalarda həmin kollektorlarda mayın 1-dən sentyabrın 1-dək balıq ovuna qadağa müddəti tətbiq olunub. Bu da kürütökmə dövründə kollektorlara miqrasiya edən balaların kürüləməsinə və nəticədə balıq ehtiyatlarının artmasına xidmət edəcək”.

M.Axundovun sözlərinə görə, yeni qaydalara əsasən kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilanbalığının adının “Qırmızı Kitab”dan çıxarılmasını nəzərə alaraq onun Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin