fbpx

Evində xüsusi laboratoriyada narkotik hazırlayan şəxs saxlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumat görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 200 qram metamfetamin (patı), 90 qram tiryək, kibrit qutularında qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkarlanıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik və psixotrop maddələri “Whatsapp” vasitəsilə mütəmadi olaraq əlaqə saxladığı əcnəbi narkotacirdən onlayn yolla alıb.

Davam etdirilən tədbirlərlə L.Mehralıyevin rayon ərazisində yerləşən evinə də baxış keçirilib. Baxış zamanı onun həmin ünvanda narkotik tərkibli bitkiləri yetişdirmək üçün xüsusi laboratoriya hazırladığı məlum olub. Belə ki, xüsusi işıq sistemləri, eləcə də digər avadanlıqlarla təchiz edilmiş həmin laboratoriyadan 17 ədəd narkotik tərkibli çətənə bitkisi,120 qrama yaxın marixuana və 350 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Mehralıyevin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin