Ukraynadan daha 2 taxıl yüklü gəmi yola düşüb
Türkiyənin Milli Müdafiə Nazirliyi 11 min ton soya və 48 min ton qarğıdalı daşıyan 2 gəminin Ukraynadan yola düşdüyünü açıqlayıb. Dünən yola düşən 4 gəmi bu axşam İstanbulda lövbər salacaq, sabah isə gəmilər yoxlanılacaq.
Nazirlikdən verilən açıqlamada, Birgə Koordinasiya Mərkəzinin işləri çərçivəsində Ukrayna limanlarından taxıl daşımalarının davam etdiyi bildirilib.
Bu səhər; İtaliyaya 11 min ton soya daşıyan “SACURA” gəmisi Yuznidən, 48 min 458 ton qarğıdalı daşıyan “ARIZONA” gəmisi isə Çernomorskdan İskəndərə yola düşüb.
Dünən yola düşən və İstanbula yoluna davam edən 4 gəmi bu axşam İstanbulda lövbər salacaq və sabah yoxlamaya məruz qalacaq.