300 manat alan pensiyaçı 345 manat alacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
2022-ci ildə əməkhaqlarında yüksək artımın qeydə alınması belə deməyə əsas verir ki, növbəti ildən pensiyalarda da böyük artım baş verəcək. Qaydalara əsasən, hər il pensiyalar əməkhaqlarında baş verən artım göstəricisinə uyğun olaraq indeksləşdirilərək artırılır. Məsələn, əgər maaşlar 10 faiz artıbsa, növbəti ildən pensiyalarda da 10 faizlik artım olur.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə maaşlarda artım sürəti böyükdür və aybaay artım sürəti bir qədər də güclənir. Yanvar ayında maaşlar orta hesabla 10,3 faiz artdığı halda, birinci rübün sonunda 13,4 faiz, yanvar-mayda 14 faiz, ilin birinci yarısında isə 14,2 faiz artıb.
İlin əvvəlindən qeydə alınan dinamika göstərir ki, ilin sonuna doğru yaxınlaşdıqca, maaşlarda artım sürəti böyüyür. Bunu nəzərə alaraq deyə bilərik ki, 2022-ci ilin sonunda maaşlarda artımın 15 faizi keçməsi realdır.
Bu ehtimalı irəli sürməyə faktiki əmək haqqlarının rəsmiləşdirilməsi, eyni zamanda yüksək inflyasiya ilə əlaqədar maaşların artırılması əsas verir.
2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında əməkhaqqı ilə çalışan işçilərin orta aylıq nominal maaşı 827,1 manat təşkil edib. İlin sonuna qədər maaşlar təxminən daha 23 manat artarsa, o halda orta əməkhaqqının artımı 15 faiz, hətta bir qədər də yüksək olacaq.
Maaşların 15 faiz artması pensiyaların da bu qədər artırılması ilə nəticələnəcək. Məsələn, 250 manat pensiya alan şəxs əməkhaqlarındakı artımın hesabına gələn ilin yanvarından 287 manat, 300 manat pensiya alan şəxs 345 manat, 350 manat alan şəxs 402 manat, 400 manat alan şəxs 460 manat və s. məbləğlərdə pensiya alacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.