Güclü istilər olacaq – Bu insanlar üçün həyati təhlükə var /VİDEO
BEY.AZ informasiya agentliyi xəbər verir
Ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Temperaturun ölkənin bəzi regionlarında 42 dərəcəyədək yüksəlməsi proqnozlaşdırırlır. Müşahidə olunan isti hava şəraiti avqustun 20-dək davam edəcək.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, nisbi rütubətin çox olması cənub- şərq küləyinin əsməsilə bağlıdır. Belə hava şəraiti isə bəzi insanlar üçün həyati təhlükə yaradır.
Səhiyyə Nazirliyinin mütəxəssis – eksperti terapevt Zakir Quliyev isə bildirib ki, belə hava şəraiti ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar, şəkər xəstələri, yüksək təzyiqli, hormonal disbalans olan insanalara xüsusilə pis təsir göstərəcək.
Həkim deyib ki, belə təhlükə ilə qarşılaşmamaq üçün havanın isti olduğu saatlarda günəş altında qalmaq olmaz. Daha çox maye qəbulu, açıq rəngdə geyim seçmək, eləcə də başı qoruyan geyimlərdən istifadə etmək tövsiyə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.