Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini bildirib.
BEY.AZ xəbər verir ki, Paşinyan bu barədə “İzvestiya” qəzetinin əməkdaşı ilə söhbətində bildirib:
“Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə, biz münasibətlərimizi inkişaf etdirmək, dərinləşdirmək istəyirik”.
Paşinyan bir daha qeyd edib ki, İrəvan balanslaşdırma siyasəti yürüdür və xarici əlaqələrini şaxələndirməyə çalışır. Eyni zamanda, o, Moskva ilə münasibətlərdə obyektiv dəyişikliklərin baş verdiyini qeyd edib.
Baş nazir vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olmazdan əvvəl Rusiya ilə münasibətlər təhlükəsizlik məsələlərinə yönəlmişdi, lakin indi transformasiya gözləyir.
Paşinyan ölkəsinin konstruktiv olduğunu və təkcə dəyişiklik etmək deyil, həm də Rusiya ilə dostluq münasibətlərini dərinləşdirmək istədiyini vurğulayıb.
Müəllif: Tural
