“Prezident İlham Əliyev bölgələrdə yeni reallığın memarıdır”
BEY.AZ informasiya agentliyi xəbər verir
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 12 avqustda Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı bir sıra tədbirlərdə, o cümlədən sosial, mədəni və iqtisadi xarakterli obyektlərin açılışında iştirak edib, bərpa-tikinti işləri ilə yerində tanış olub. Səfərin sonunda Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə verib. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər istər siyasi, istər sosial-iqtisadi baxımdan ölkənin tutduğu yol xəritəsinin, o cümlədən bir sıra həssas nüanslara münasibətdə qəti mövqeyimizin ifadəsi baxımdan çox vacib elementləri əhatə edir.
Müsahibə zamanı, Prezident Ağsu və İsmayıllı rayonlarında aparılan işlərdən bəhs etmiş, eyni zamanda ölkə miqyaslı məsələlər barədə fikir və rəylərini bildirmişdir.
Bundan əlavə, Prezident İlham Əliyevin də dediyi kimi, ölkəmizdə müşahidə olunan bahalaşma qlobal prosesin bir hissəsidir. Lakin Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin zamanında atdığı strateji addımlar nəticəsində xüsusən qlobal böhran olan ərzaq qıtlığı, daha dəqiq desək, taxıl qıtlığını Azərbaycan əhalisi hiss etməyəcək.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər barədə danışmışdır. Xüsusən də son günlərdə Laçın rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribatları və onlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas” əməliyyatına dair bəyanatlar vermişdir. Azərbaycan Prezidenti əməliyyatı şəxsən dəyərləndirərək açıq şəkildə bəyan etdi: “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.
Bölgədə yeni reallığın memarı məhz Azərbaycan Prezidentidir. “Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə, digər Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə” Dövlət başçısının bu bəyanatı həmçinin Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyinin təmin olunmayacağına dair 30 illik mifləri də darmadağın etdi. Cənab İlham Əliyev bəyan etdi ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da ki kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar”.
Bütün bölgələrimizdə geniş aparılan quruculuq-abadlıq işləri, sosial-iqtisadi və mədəni layihələr Ağsu və İsmayıllı rayonlarında surətlə icra olunur. Prezident İlham Əliyevin bölgələrimizə müntəzəm səfərləri həmin aparılan işlərin birbaşa onun nəzarətində və diqqət mərkəzində olmasından xəbər verir.
Prezident bildirdi ki, qazlaşdırma və elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı Ağsu və İsmayıllı rayonlarında çox böyük layihələr icra edilmişdir. Belə ki, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Ağsu və İsmayıllıda son dövrdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Kənd yolları bərpa edilir və yeniləri inşa edilir. Eləcə də, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş və yaxud da əsaslı şəkildə təmir olunmuşdur.
Rayonlarda əhalinin işlə təminatı üçün yeni iş yerləri yaradılır. Bununla belə, əhalinin təbii artımı yeni iş yerlərinin açılmasına olan ehtiyacı daim artırır. Buna görə də bu vacib məsələ daim dövlət başçımızın diqqət mərkəzindədır və bu istiqamətdə davamlı və sistemli işlər aparılır, iqtisadi obyektlər yaradılır.
İsmayıllı rayonunun Basqal qəsəbəsinə Prezident İlham Əliyevin avqustun 12-də səfəri zamanı açılışında iştirak etdiyi “Basqal Resort & Spa” otelinin inşa edilib istifadəyə verilməsi nəticəsində 300-ə yaxın yeni iş yeri yaranır ki, burada da yerli sakinlər çalışacaqlar. Turizmin inkişaf etdirilməsi və digər sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə yanaşı, bölgələrimizdə milli-mənəvi və mədəni abidələrimizin qorunması da önəmli məsələdir. Xalqımızın zəngin ənənələrini yaşadan milli sərvətlər sırasında tarixi abidələrimiz xüsusi yer tutur. Bütün Qafqaz bölgəsində seçilən və yaşı 500 ildən çox olan Qobustan rayonu ərazisində yerləşən “Diri Baba” türbəsi bərpa və konservasiya olunub. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dini dəyərlər haqqında ölkə Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.
Suraxanı rayonunun fəal gənci Aysel Tahirova
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.