fbpx

Gündəlik enerji içkisi bilib içdiyimiz içkilər enerji içkisi deyilmiş – Siyahı

Rüya Yorumları burda

Qida Təhlükəsizliyi Agentliyindən Marja-ya bildirilib ki, ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.

Monitorinqlər çərçivəsində aşağıdakı içkilərin enerji içkisi olub-olmaması araşdırılıb:
1. “Pit bull” – enerji içkisi deyil;
2. “Mohito Fresh” – enerji içkisi deyil;
3. “Fresco” (mojito çiyələk) – enerji içkisi deyil;
4. “Boom” (cherry) – enerji içkisi deyil;
5. “Jaquar” – enerji içkisi deyil;
6. “Jara” (moxito) – enerji içkisi deyil;
7. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Berg glukose” – enerji içkisi deyil;
8. “Jara” – enerji içkisi deyil;
9. “Bizon” – enerji içkisi deyil;
10.“Hell” – “Hell classic night” istisna olmaqla, enerji içkisi deyil;
11. “Full orijinal yeni nəsil” – “Full energy” istisna olmaqla, enerji içkisi deyil;
12. “Gorilla” – enerji içkisi deyil.

AQTA qeyd edib ki, yuxarıda sadalanan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir:
“Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.
Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən yuxarıda adları qeyd edilən içkilərin istehlakçılara “enerji içkisi” kimi təqdim olunması (həmin içkilərin enerji içkiləri adlı bölmədə yerləşdirilməsi, qiymət etiketində enerji içkisi qeyd olunması və s.) halları aşkarlanmışdır ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur. Bildiririk ki, AQTA tərəfindən ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlərdə bu kimi hallar aşkarlandıqda, həmin obyektlərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.
AQTA istehlakçılara bildirir ki, qeyd olunan məhsulları alarkən enerji içkisi olmadığını nəzərə alsınlar və üzərində enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu