“Kişi olsaydım, gündə biri boşayardım”
“Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, aparıcı “kişi olsaydım, gündə birini boşayardım”, – deyə bildirib.
Hidayətqızı fikirlərinə belə aydınlıq gətirib:
“Əgər bir oğul həyat yoldaşına onu doqquz ay bətnində gəzdirən qadını döyməsinə ixtiyar veribsə, mən o oğlanın yerinə olsam, boşayaram. Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Anama, atama bir söz desə, onu atacaqdım küçəyə aliment də verməyəcəkdim. Nə ondan olan uşağı qəbul edəcəkdim, nə də onun özünü. Bir manat belə verməzdim, acından ölsün…”