fbpx

Cavanlığı, görməni və ürəyin sağlamlığını qoruyan MÖCÜZƏLİ TƏRƏVƏZ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Batatın digər adı “şirin kartof”dur. Lakin bu tərəvəzin kartofla heç bir əlaqəsi yoxdur. Onları birləşdirən yeganə amil tərkibində nişastanın çox olmasıdır.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, Batat Avropaya Amerikadan Kolumb vaxtından gəlib və burada olduqca populyar olub. Batat çox faydalı müalicəvi məhsuldur. Tərəvəzin xoş şirin dadı var. Batatın bəzi növləri kökü, digərləri balqabağı və ya yemişi xatırladır.

Batatın əsas faydalı xüsusiyyətlərindən biri tərkibində çoxlu miqdarda beta-karotinin (A vitamini) olmasıdır. Əsas antioksidantlardan biri sayılan A vitamini bizi bir çox xəstəliklərdən qoruyur, qocalmanı ləngidir. A vitamini xüsusilə yaxşı görmə üçün vacibdir.

Rüya tabirlerini burdan oku

Mütəxəssilər bu tərəvəzi siqaret çəkən insanlara tövsiyə edirlər. Siqaret çəkən insanlarda A vitamini çatışmamazlığı yaranır ki, məhz bu səbəbdən onların dərisi daha tez qocalır və qırışlarla örtülür. Bu xüsusilə siqaret çəkən qadınlarda gözə çarpır.

Bundan əlavə batat C vitamini ilə də zəngindir. A və C vitaminləri cavan və sağlam dəri üçün çox vacibdir. Həmçinin C vitamini damarların sağlamlığını qoruyur və immun sisteminə müsbət təsir edir.

Batatda olan qidalı liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir, orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır.

Bu tərəvəz kaliumla zəngindir. Kalium insan orqanizmində olduqca böyük rol oynayır. Kalium ürəyin normal fəaliyyətini təmin edir.

Həmçinin batat sinir sisteminə müsbət təsir edir, orqanizmdə iltiihabları azaldır, yaraların sağalmasını sürətləndirir.

Batatı çiy halda yemək daha faydalıdır. Dünyada batatdan sup, püre və s. hazırlayırlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu