fbpx

“Qarabağ” – “Sabah” oyununda qalmaqallı epizod: Hakim VAR-a baxmadı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün Azərbaycan çempionatının 6-cı turunda “Qarabağ” və “Sabah”la üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, “köhlən atlar”ın 4:3 hesabı ilə qalib gəldiyi matçın 90+1-ci dəqiqəsində qalmaqallı an yaşanıb.

“Qarabağ”ın hücumu zamanı “Sabah” müdafiəçilərinin uzaqlaşdırmaq istədiyi top ağdamlıların futbolçusuna dəyib yan xətdən çıxsa da, hakim fərqli qərar verir. Yan xətt hakimi “Qarabağ”ın topu oyuna daxil etməli olduğunu göstərir. Nəticədə hücum davam edir, rəqib müdafiəçi cərimə meydançasında Kadi Borgesə qarşı kobud oynayır və meydan sahibləri penalti vurmaq hüququ əldə edir.

Beləliklə, Qurban Qurbanovun komandası 4:3 hesablı qalibiyyət ilə meydandan ayrılır. “Sabah” futbolçuları buna etiraz etsə də, baş hakim İnqilab Məmmədov VAR-a baxmır.

90+5-ci dəqiqədə “Sabah”ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin