fbpx

Azərbaycan və Rumıniyanın energetika nazirləri arasında görüş baş tutub

BEY.AZ informasiya agentliyi xəbər verir


Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika naziri Virgil Daniel Popesku arasında görüş olub.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Rumıniyanın uzun illərdir Azərbaycanla xam neft, neft və neft-kimya məhsulları üzrə əməkdaşlığından məmnunluq ifadə edilib.

SOCAR-ın Rumıniyanın 26 regionunda 68 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti faydalı ikitərəfli enerji əlaqələrinin göstərici kimi dəyərləndirilib.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində təbii qazın tədarükü və “yaşıl enerji”nin Qara dəniz sualtı elektrik xətti ilə ötürülməsi kimi enerji əməkdaşlığımızın prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İşçi Qrupunun fəaliyyəti və layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Layihənin Gürcüstan enerjisistemini Rumıniya və Avropa enerjisisteminə birləşdirməklə Şərqi Avropa bazarının münasib qiymətə elektrik enerjisinə çıxışına töhfə verəcəyi bildirilib.

Həm Cənub Qaz Dəhlizi, həm də “yaşıl” enerji dəhlizi ilə bağlı inkişaf planlarınınAzərbaycan-Rumıniya enerji tərəfdaşlığına strateji əhəmiyyət qazandıracağı qeyd edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin