fbpx

Mətbuat Şurası İdarə Heyətinin üzvlüyündən imtina etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Mətbuat Şurasının İdarə Heyətinin tərkibində dəyişiklik olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev ərizə ilə sədr Rəşad Məcidə müraciət edib.

O, işlərinin çox olması səbəbindən İdarə Heyətinin işində iştirak edə bilməyəcəyini deyib və üzvlükdən imtina edib.

Mətbuat Şurası İdarə Heyəti Niyaz Niftiyevin müraciətini müzakirə edərək, qərar qəbul edib. Jurnalistlərin VIII qurultayında namizədlər arasında olan və N.Niftiyevdən bir səs az toplamış Yeganə Hacıyeva isə İdarə Heyətinin üzvləri sırasına daxil edilib.

Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda 23 nəfərdən ibarət İdarə Heyəti seçilib.

Mətbuat Şurasının sədri vəzifəsinə isə Rəşad Məcid seçilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin