Panika halında nə etmək lazımdır?
BEY.AZ informasiya agentliyi xəbər verir
Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Həyəcən halı ilə eyni zamanda müxtəlif simptomlar da panika halı zamanı baş verə bilər.
Bəs, panika halının əsas simptomları nələrdir?
Metbuat.az lent.az-a istinadən panika halının simptomlarını təqdim edirik:
- “Ürək çırpıntısı” hissi
- Tərləmə və titrəmə
- Ağız quruluğu
- İsti basma və ya titrəmə
- Ölüm qorxusu və ya dəli olma qorxusu
- Uyuşma, iynələnmə hissi
- Boğulma hissi
- Sinə ağrısı
- Özünü pis hiss etmə (ürəkbulanma), baş gicəllənmə və ya halsız hiss etmə
- “Dünyadan qopma” hissi və ya “başqa birisi” kimi hiss etmək
Panik atak zamanı baş verən fiziki simptomlar ürək və ya döş qəfəsi orqanları xəstəlikləri ilə əlaqəli olmur. Bu simptomlar əsasən, beyindən başlayıb bədənə yayılan sinir implusları nəticəsində yaranır. Bu impulslar adrenalin daxil olmaqla, bir çox hormonların ifrazı ilə nəticələnir. Bu orqanizm üçün “hücum et və ya qaç” siqnalı olaraq adlanır. Bu cür reaksiya insanlar təhlükədə olduqlarında normal sayılmaqdadır. Panika halı zamanı da bədən eyni şəkildə cavab verir. Bu zaman insan çox nəfəs almağa meyilli olur (hiperventilyasiya). Əgər panika halında çox nəfəs alıb versəniz, karbon qazının miqdarı qanda artmış olacaq və qanın turşuluğu dəyişəcəkdir. Bu daha çox simptomlara və “ürək çırpıntısı”, baş gicəllənmə, uyuşma və iynələnmə şikayətlərinin pisləşməsinə səbəb ola bilər. Bu vəziyət insanı daha da qorxudur və beləcə daha çox nəfəs ala bilər. Həddən çox tənəffüs qısa müddətdə huşun itməsi ilə nəticələnə bilir. Lakin şüurun itməsi nadir görülən bir haldır.
Panik atak adətən 5-10 dəqiqə müddətində baş verir, bəzən dalğa şəklində 2 saata qədər də çəkə bilər.
Panika halını yüngülləşdirmək və rahatlamaq üçün mümkün qədər yavaş və dərindən nəfəs alın. Nəfəs alıb verməyə fokuslanın. Bir neçə dəfə, uzun və çox yavaş-yavaş nəfəs almanı təkrarlayın. Bəzi insanlar bir əlini qarını, digər əlini sinəsi üzərinə qoyub, qarınlarıyla nəfəs almalarını, həm yavaş, həm də dərin nəfəs almalarını daha rahat kontrol edə bilirlər. Dərin nəfəs alıb vermə texnikasını bilən və yerinə yetirən bir çox xəstə panika halına faydası olduğunu deyirlər.
Panik atak və Panik pozunutunun müalicəsi
Əgər təsadüfi bir panika halı varsa, heç bir müalicəyə ehtiyac yoxdur. Təkrarlanan panika hallarının və ya Panik pozuntunun müalicəsi zamanı məqsəd bu vahiməli, qorxulu halların sayını və şiddətini azaltmaqdır. Müalicədə psixoterapiya və\ və ya dərman müalicəsindən istifadə oluna bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.