fbpx

Avropa İttifaqı Şurası: “Rusiyanın keçirdiyi “referendum”ları tanımayacağıq”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Avropa İttifaqı Şurası Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendum”ları heç vaxt tanımayacaq”.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının (AİŞ) bəyanatında deyilir.

Bildirilib ki, Aİ Şurası Rusiyanın Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daha da pozmaq üçün bəhanə kimi təşkil etdiyi qeyri-qanuni “referendum”ları, eləcə də onların saxtalaşdırılmış və qanunsuz nəticələrini tanımır və heç vaxt tanımayacaq:

“Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq. Bu qərarlar etibarsızdır və heç bir hüquqi qüvvəyə malik ola bilməz. Krım, Xerson, Zaporojye, Donetsk və Luqansk Ukraynadır. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları bu qeyri-qanuni ilhaqı birmənalı şəkildə rədd etməyə çağırırıq”.

AİŞ qeyd edir ki, Rusiyanın hərəkətlərinə qarşı olan məhdudlaşdırıcı tədbirləri, eləcə də ona qarşı təzyiqləri artıracaq.

“Avropa İttifaqı Ukraynanı tamamilə dəstəkləyir və nə qədər lazımdırsa Ukraynaya güclü iqtisadi, hərbi, sosial və maliyyə dəstəyi göstərməyə davam edəcək”, – bəyanatda vurğulanır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin