İrandan hicabını açan qadın idmançıya DƏHŞƏTLİ CƏZA
BEY.AZ informasiya agentliyi xəbər verir
İran Seulda təşkil edilən beynəlxalq yarışda hicabını açan Elnaz adlı qadın idmançını nəzarətə götürüb.
Metbuat.az xəbər verir ki, idmançı İranın Seuldakı səfirliyində saxlanılaraq İrana aparılıb. Məlumata görə, idmançı yarışda iştirak edəndən bir gün sonra saxlanılıb. Məlumata görə, idmançı İrandakı etirazlara dəstək məqsədi ilə hicabını açıb. Xarici KİV-lərin məlumatına görə, qadın idmançı işgəncələri ilə tanınan Tehrandakı “Evin” həbsxanasına aparılıb.
Ötən həftə həmin həbsxanada baş verən yanğın zamanı 8 qadın məhkum ölüb. Rəsmi dairələr yanğına qadınlar arasında qarşıdurmanın səbəb olduğunu irəli sürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.