Qobustanda fermerlərı 50 min manat sığorta ödənişi verilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Aqrar Sığorta Fondu bu ilin mart ayında Qobustan rayonunda baş vermiş fırtınadan zərər çəkmiş 12 fermerə 50 min manat ödəniş edib.
Metbuat.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Qobustanda güclü külək və qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə zərər vurub.
Rayonun Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilmilli kəndlərində fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 500 hektara yaxın sığortalanmış taxıl sahəsi qasırğadan zərər görüb. Aqrar sığorta ekspertləri araşdırma və qiymətləndirmə işləri apardıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişlərinə başlanılıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, əldə edilən nəticələr Azərbaycanda aqrar sığortaya tələbatın yüksək olmasının və böyük potensialın göstəricisidir: “Dövlətin bu sahədə tətbiq etdiyi güzəşt mexanizmləri fermerlərə və şirkətlərə imkan verib ki, ciddi maliyyə yükü olmadan təsərrüfatlarını effektiv şəkildə sığortalasınlar. Dövlətin fermerləri subsidiyalarla dəstəkləməsi və aqrar sığorta mexanizminin özünü doğrultması kənd təsərrüfatını yüksək gəlirli sahəyə çevirir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.