fbpx

” “”Sensasiya” yaratmaq naminə gənclərin oyuncağa çevirməsi məyusluq doğururdu”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var”.

Metbuat.az xəbər verir ki, bu sözləri Mətbua Şurasının sədri Rəşad Məcid feysbuk hesabında yazıb:

“Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən , əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi. Bəzi özünü media adlandıran , “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa – robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu. Amma orda kübar, özünü-sözünü bilən,müsahibə almaq üçün icazə istəyən , sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər. “Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı , peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram”, – deyə o qeyd edib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, dünən AYB-nin qurultayında jurnalistin sualına Çingiz Abdullayevin kəskin reaksiyası sosial şəbəkələrdə ciddi tənqid olunmuşdu.

Həmçinin oxuya bilərsiniz: Çingiz Abdullayeva ünvanlanan sual əvvəlcə Anara verilibmiş – Onun cavabı da belə olub / VİDEO



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu