Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, liderlər Rusiya-Ukrayna müharibəsinə dair son proseslər daxil olmaqla regional məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan taxıl daşınması istiqamətində İstanbul Anlaşmasının tətbiq olunması ilə bağlı problemlərin həlli məsələsində bütün tərəflərlə lazımi səyləri davam etdirdiklərini xatırladıb. Türkiyə Prezidenti bir çox məsələdə olduğu kimi, bu istiqamətdə də əməkdaşlıq əlaqələrinin təsis olunacağına əminliyini ifadə edib. O qeyd edib ki, tərəflər taxıl böhranını konstruktiv yanaşma ilə həll edərlərsə, müzakirələrə qayıtmaq yolunda addımları da təşviq etmiş olacaqlar.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə və özü haqqında səmimi ifadələr səsləndirdiyinə görə, rusiyalı həmkarına təşəkkür edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.