Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Qaradağ rayon icra hakimiyyətinin tədbirlər planına əsasən 8 Noyabr – Zəfər Günü ərəfəsində bayram münasibəti ilə əlaqədar olaraq dövlətimizə və millətimizə canları və qanları bahasına əmin-amanlıq verən şəhid ailələrini ziyarət etməyi, onların bayramlarını təbrik edərək, ailələrə yardım edilməsi planlaşdırılıb.
Metbuat.az xəbər verir ki, bu gün-2 noyabr tarixində Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri şəhid Ataməli Seyidməmməd oğlu Musaoğlunun, Səməndər Vahid oğlu İsmayılzadənin, şəhid Saməddin Mehman oğlu Fərziyevin ailələrini ziyarət edib.
Görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilib, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.