fbpx

Avtoxuliqanlıq görüntülərini sosial şəbəkədə paylaşan şəxs həbs olundu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Astarada avtoxuliqanlıq edərək həmin görüntüləri sosial şəbəkədə paylaşan şəxs həbs olunub.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Astara rayon sakini Elşən Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozub.

Digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan bu əməlini, eyni zamanda sükan arxasında spirtli içki qəbul etməsinə dair görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Rüya tabirlerini burdan oku

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs müvafiq tibbi müayinədən keçdikdən sonra isə onun həm də narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib. İntizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Əliyev 25 gün müddətində inzibati qaydada həbs edilib





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu