Hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər keçirilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi qulluqçularla hərbi vətənpərvərlik, liderlik və idarəetmənin əsasları mövzularında məşğələlər keçirilib.
Metbuat.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Plana uyğun olaraq şəxsi heyətin mənəvi-psixoloji dayanıqlığı və hərbi intizamının möhkəmləndirilməsində komandir-rəis heyətinin üzərinə düşən vəzifələrdən, həmçinin xidmət zamanı informasiya təhlükəsizliyinin təmin olunması, beynəlxalq hüquq norma və prinsipləri barədə maarifləndirici söhbətlər aparılıb.
Məşğələlərdə Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.