“Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Noyabrın 7-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakının ən böyük ticarət mərkəzlərindən olan “Gənclik Mall”da şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil edib.
Metbuat.az xəbər verir ki, Aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, mərkəzdə quraşdırılmış iri lövhədəkiyumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunur.
Lövhənin yanında Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri mənsubunun maketi qoyulub. Bundan başqa, Müdafiə Nazirliyi aksiyada iki nəfər hərbçinin iştirakını da təmin edib.
Aksiyada tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar iştirak edirlər.
“Gənclik Mall”a gələnlər, xüsusilə, uşaqlar aksiyaya böyük maraq göstərir, lövhənin önündə, qəhrəman Ordumuzun əsgərləri ilə şəkil çəkdirirlər.
Bu gün saat 11-də başlanan aksiya saat 20-yə kimi davam edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.