“Səmra Rəhimli ümumiyyətlə paltar geyinmir, Dilarə isə.” – Günaydan REPLİKA
Müğənni Günay İbrahimli xanım sənətçilər barədə müzakirələrə səbəb olacaq fikirlər bildirib.
Bey.az xəbər verir ki, o, MTV-də yayımlanan “Səhərin Səsi” proqramında qonaq olarkən şou-biznes nümayəndələrinin geyim tərzlərinə toxunub.
“Avroviziya-2016” Azərbaycan təmsilçisi Səmra Rəhimlinin zövqünü bəyənmədiyini qeyd edib: “Səmra Rəhimli ümumiyyətlə paltar geyinmir. Dilarə Kazımova hər yerə qırmızı pomadada gedir. Samirə Əfəndini isə xatırlayanda “Cici qız” obrazı yadıma düşür. Hissin isə stili var”.