Azərbaycan Ordusunda Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, hərbi qulluqçular, rayon icra hakimiyyətlərinin əməkdaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdikləri silsilə tədbirlər çərçivəsində Şəhidlər xiyabanları ziyarət edilib. Şəhidlərin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, tədbirlər çərçivəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədəki rolu, igid hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri haqqında ətraflı danışılıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağı vurğulanıb.
Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar, həmçinin hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramları təqdim olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.