fbpx

“Mançester Siti” qələbə üçün bütün komandayla hücuma keçdi, bir xalından da oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


İngiltərə Premyer Liqasının XIV turunda “Mançester Siti” öz meydanında “Brentford”la üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, oyunda hesabı qonaqlar açıb.

İvan Toni 16-cı dəqiqədə fərqlənərək komandasını hesabda önə çıxarıb. “Mançester Siti” ilk hissəni geridə bitirməmək üçün hücumlarının kəsərini artırıb. Bunun da nəticəsində ilk yarının əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə hesab bərabərləşib. Fil Foden qol sevinci yaşayıb.

İkinci hissədə meydan sahibləri üstün tərəf olsalar da, bunu hesabda əks etdirmək çətin olub.

Bununla belə, öz meydanında bərabərliklə razılaşmaq istəməyən “Mançester Siti” qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə bütün komanda ilə hücuma atılıb. Lakin bu, onlar üçün arzuolunmaz sonluqla nəticələnib.

Belə ki, 90+9-cu dəqiqədə küncdən zərbə zamanı əks hücumda rəqibini azlıqda tutan “Brentford” öz mövqeyinə yerləşməkdə çətinlik çəkən müdafiənin çaşqınlığından istifadə edərək qələbə qolunu vurub. Bu dəfə də İvan Toni adını tabloya yazdırıb.

Bu, “şəhərlilər”in 14-cü oyunda ikinci məğlubiyyəti kimi qeydə alınıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin