fbpx

Azərbaycanda icra başçısı qəzaya düşdü

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

Bey.az teleqraf.coma istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan “Şərq qapısı” qəzetinin şöbə müdiri Sara Əzimova məlumat verib.

Bildirilib ki, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan – Şərur avtomobil yolunda baş verib.

Şərur istiqamətində hərəkət edən “Mitsubiyşi L-200” markalı avtomobil idarəetməni itirərək əvvəlcə “Hundai” markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb.

Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin