fbpx

Hər gün bir dilim çörək qəbul edilməlidir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində isə ondan imtina edilməsinin zərərləri daha çoxdur.

Metbuat.az xəbər verir ki, həkim-diyetoloq Vüsalə Şükürovanın dediyinə görə, əla növ buğda və tam buğda unundan hazırlanmış çörəklərin arasında fərq var: “Buğda özü karbohidratdır, lakin hazırda buğda unu adı ilə tanınan məhsul orqanik buğda deyil. Təəssüf ki, həmin buğdanı ağartmaq və xəmir işlərində daha keyfiyyətli hala gəyirmək üçün ona xüsusi maddələr vurulur. Həmin prosesdən sonra ondan hazırlanan çörək qeyri-sağlam qidalar sırasında şəkərlə bərabər ilk sırada yer alır. Tam buğda ununun keyfiyyəti isə başqadır və ondan müəyyən miqdarda hətta pəhriz vaxtı da istifadə etmək olar. Əla növ buğda unundan nəinki arıqlama pəhrizi zamanı, ümumiyyətlə, imtina etmək daha yaxşıdır”.

Tam taxıl unundan hazırlanan çörəyin tərkibində sinir, ürək-damar sisteminin işini normalaşdıran B vitaminləri ilə yanaşı, kalium, kalsium, maqnezium, flor və digər minerallar mövcuddur. Hər bir insan gün ərzində normal olaraq bir dilim çörəkdən istifadə etməlidir.

Rüya tabirlerini burdan oku

Ondan tam imtina zamanı rasiona daxil edilməli qidalar barədə danışan həkim-diyetoloq deyib: “Buğda ununu qarabaşaq, mərcimək, yulaf, qarğıdalı və düyü, yaxud onlardan hazırlanan un kimi karbohidrat növləri ilə əvəz etmək olar”.

Karbohidrat maddəsi bədənin ehtiyacı olan enerjini əvəz edir. Bir həftə çörək yemədikdə bədənin ehtiyacı olan karbohidratın miqdarı azalır, nəticədə sinir sistemi pozulur, yorğunluq, stres və əsəbilik kimi hallar yaranır. Ona görə də zəruri səbəblərdən çörəkdən imtina etdikdə həmin çatışmazlığı paxlalı və dənli bitkilərdən istifadə edərək doldurmağa çalışmaq lazımdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu