Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Metbuat.az xəbər verir ki, millimiz Skopyedəki “Todor Proeski Milli Arena”sında Şimali Makedoniya yığması ilə qarşılaşıb.
Şimali Makedoniya yığmasının start heyətində Damyen Şişkovski, Stefan Aşkovski, Nikola Serafimov, Visar Musliu, Elif Elmas, David Babunski, Enis Bardi, Stefan Ristovski, Boban Nikolov, İliya Nestorovski və Lyupçe Doriyev yer alıblar.
Azərbaycan yığmasının heyətində meydana Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Bəxtiyar Həsənəlizadə, Elvin Cəfərquliyev, Riçard Almeyda, Ozan Can Kökçü, Aleksey İsayev və Musa Qurbanlı çıxıblar.
Albaniyalı FIFA referisi Enea Yorqyinin idarə etdiyi oyunda yığmamız 3:1 hesablı qələbə qazanıb. Millimizin heyətində Elvin Cəfərquliyev, Musa Qurbanlı, Ramil Şeydayev, rəqib komandadan isə Enis Bardi fərqləniblər.
M.Qurbanlı Azərbaycan millisində qol hesabını açıb. Skopyedəki matçda 20 yaşlı forvard özünün yığmadakı 5-ci oyununda ilk qolunu vurub. Futbolçu yığma tarixinə qol sevinci yaşayan 71-ci oyunçu kimi düşüb. Bu görüşə qədər 70 futbolçumuz rəqib qapısına yol tapıb.
Şimali Makedoniya ilə matçda Azərbaycan millisində debüt gerçəkləşib. Ceyhun Nuriyev ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib. “Sabah”ın yarımmüdafiəçisi yoldaşlıq görüşündə Şimali Makedoniya önünə 68-ci dəqiqədə meydana çıxıb. Futbolçu yığma tarixinə 261-ci kimi düşüb. Bunadək 285 matça çıxan millidə 260 futbolçu forma geyinib.
Qeyd edək ki, millimiz bundan əvvəlki yoldaşlıq görüşündə Moldovaya 2:1 hesabı ilə qalib gəlib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.