Ərinin kompüterinə gizli baxan qadın ŞOKA DÜŞDÜ: Yatarkən ona görün nə edib
Qadın yatarkən əri onu zorlayıb.
Avstraliyada yaşayan qadın ərinin onu aldatmasından şübhələnərək, kişinin kompüterini nəzarətdən keçirib. Ərinin yatarkən onu zorladığını əks etdirən videonu tapan qadın şok yaşayıb.
Bey.az xarici mediaya istinadən xəbər verir ki, Melburn şəhərində baş verən qalmaqallı hadisənin təfərrüatları Avstraliya polisinin hazırladığı protokolda öz əksini tapıb.
Əldə edilən məlumata görə, adı açıqlanmayan qadın ərinin onu aldatdığından şübhələnərək kompüterini yoxlamaq istəyib. Hər şey bu zaman üzə çıxıb.
Qadın ərindən polisə şikayət edib. İndi onu 2 ilə qədər həbs cəzası gözləyir.