fbpx

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Noyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçirilib.

DİM-dən Metbuat.az–a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 54 nəzarətçi müəllim, 6 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Test tapşırıqlarının 30-u qapalı, 10-u açıq tipli suallardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində elan olunacaq.

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) dekabrın 11-də keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 1-dək aparılacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin