fbpx

Ayaq problemlərini xalq təbabəti ilə müalicə etməyin üsulları

BEY.AZ informasiya agentliyi xəbər verir


Ayaqda döyənək, daban mahmızı, göbələk və s. problemlərlə yaşından asılı olmayaraq, hər kəs üzləşə bilər. Həmin hallarla mübarizə aparmağın çox sadə və əlçatan üsulları var.

Metbuat.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov ayaqlarda olan müxtəlif xəstəliklərlə əlaqədar bəzi xalq təbabəti reseptləri məsləhət görüb.

Ayaqlarda döyənəyə qarşı sintetik sirkə (essensiya) ilə un qarışdırılaraq xəmir formasına salınıb döyənəyin üstünə qoyulur, xəmiri qoymazdan əvvəl yapışqan bantla döyənəyin ətraf toxumalarının üzəri bağlanılır. Onu iki-üç dəfə təkrarlayandan sonra döyənək düşür.

Daban mahmızı zamanı təzə gicitkən əzilərək mahmızın üzərinə qoyulur və sağalana qədər hər gün təkrar edilir. Yaxud pul bibər toz formasına salınaraq axşamdan nazik təbəqə şəklində dabana çəkilərək bağlanır.

Ayaq barmaqlarında göbələk olanda təbii alma sirkəsi ilə gündə iki dəfə ayaqlar silinir və yuyulmur. Ayaqlar tam sağalandan sonra da prosedur davam etdirilməlidir, çünki göbələk sporları gec məhv olur.

Ayaq qoxusunun səbəbi ayaqların çox tərləməsidir. 50 qram adaçayı bitkisi 500 milliqram suda 5 dəqiqə qaynadılıb gündə iki dəfə vanna edilməsi qoxunu azaldır.

Ayaqlardakı ziyil üçün yaxşı vasitələrdən biri ziyilin üstünə əncir südü tökməkdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ayaq #problemlərini #xalq #təbabəti #ilə #müalicə #etməyin #üsulları

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin