fbpx

Daha bir vəzifəli şəxs HƏBS EDİLDİ: 212 milyon manat

Dekabrın 13-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Bey.az xəbər verir ki, məhkəmə Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqı davam edən cinayət işi üzrə H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Qeyd edək ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib. qəzet.az

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin