fbpx

Azərbaycan və Belarus XİN başçıları telefonda danışıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belarusun xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı baş tutub.

Bu barədə Metbuat.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

C.Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı tərəflər Azərbaycanla Belarus arasında mövcud olan çoxölçülü münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

S.Aleynik Azərbaycanla Belarus arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. Belarusun bölgədə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.

C.Bayramov Belarusun xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #və #Belarus #XİN #başçıları #telefonda #danışıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin