“Şuşa-Xankəndi yolunda keçirilən aksiya QHT-lərin haqlı mövqeyinin təntənəli nümayişidir”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Artıq bir neçə gündür ki, Şuşa-Xankəndi yolunda Azərbaycan QHT-ləri haqlı olaraq ekoloji talana yox demək üçün dinc aksiya keçirirlər. Hesab edirəm ki, bu aksiya QHT-lərin haqlı mövqeyinin təntənəli nümayişidir”.
Metbuat.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov deyib: “Dünyaya erməni lobbisi illərdir belə bir fikir formalaşdırmağa çalışırdı ki, guya Azərbaycanda QHT-lər öz funksionallıqlarını itiriblər. Bu aksiya bir daha göstərdi ki, hərbi, iqtisadi, siyasi cəhətdən regionun lider dövləti olan Azərbaycanda QHT institutunun formalaşması, inkişafı prosesi də uğurla reallaşmaqdadır. Son dönəmlər hökumətlə qeyri-hökumət təşkilatları arasında uğurlu dialoq tandemi cəmiyyətin vahid orqanizm kimi inkişafını təmin edib. Bu sahədə aparılan islahatlar QHT-lərin maliyyə mexazimlərinin şəffaflaşdırılması ilə yanaşı kadr potensialının artırılması ilə nəticələnib. Nəticə göz qabağındadır, əlində yalnız şuarlar olan QHT-lər ermənistan kimi terror dövləti iflic vəziyyətə salıb. Təbii ki, QHT-lərimiz düşməni mənən sındırsalar belə təhlükələr hələ də qalmaqdadır. Sosial platformalar üzərindən aparılan qarayaxma kampaniyaları, aksiyanı gözdənsalma cəhdləri buna bariz nümunədir. Tələblərimiz yerinə yetirilməyənə qədər geri çəkilməyəcəyik. Həm Şuşa-Xankəndi yolunda, həm də onlayn platformalarda gedən informasiya savaşında düşmənə sarsıdıcı zərbələr endirəcəyik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ŞuşaXankəndi #yolunda #keçirilən #aksiya #QHTlərin #haqlı #mövqeyinin #təntənəli #nümayişidir