Ukrayna ordusu Gerasimovu öldürmək üçün hücum edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada döyüş bölgəsinə səfəri zamanı hücuma məruz qalıb.
Metbuat.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bildirilir ki, ABŞ tərəfi Gerasimovun Ukrayna səfərindən xəbərdar olsa da, onun hücuma məruz qalmaması üçün Ukraynaya məlumat verməyib. ABŞ bunun Rusiya ilə birbaşa müharibəyə səbəb olacağından çəkinib. Lakin Ukrayna tərəfi öz kəşfiyyatına əsasən Gerasimovun səfərindən xəbər tutub və onun olduğu döyüş bölgəsinə hücum edib. Məlumata görə, hücumlar zamanı onlarla rus əsgəri həlak olub.
Gerasimov isə xəsarət almayıb. Gerasimovun nə vaxt Ukraynaya getdiyi açıqlanmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukrayna #ordusu #Gerasimovu #öldürmək #üçün #hücum #edib