fbpx

​Putin tələb etdi, Lukaşenko seçim etdi: Minsk müharibəyə qoşulacaqmı?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Prezidenti Vladimir Putin 3 illik fasilədən sonra Belarusa səfər etdi. Səfər hər nə qədər işgüzar xarakterli olsa da Putinin Minskə gəlişinin əsas səbəbi mövcud Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Rəsmi Moskva Ukrayna müharibəsi fonunda istədiyi nəticələri qazana bilmir. Buna görə də 2023-cü ildə üstünlüyü yenidən qazanmaq üçün səylərini artırır.

Bəs Putinin Lukaşenkodan gözləntisi nədir?

Suala cavab olaraq politoloq Turan Rzayev bildirdi ki, Rusiya-Ukrayna müharibəsinə Belarusun da qatılmasını istəyir. Politoloq xatırlatdı ki, Kreml müharibənin ilk aylarında Belarus ərazisindən Ukraynaya hücum etmək üçün istifadə edib.

Rüya tabirlerini burdan oku

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"T

Turan Rzayev

“Prinsip etibarilə Belarus bu gün də ərazisindən Ukraynaya hücum üçün Kremlə razılıq verir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonun Vladimir Putinlə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında dediyi “Bu gün biz sizin Belarusa təhvil verdiyiniz “S-400” sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq” sözləri də təsdiqləyir. Lakin görünür Putin bu dəfə Lukaşenkodan daha artığını, yəni Belarusun Ukrayna müharibəsinə qatılmasını istəyib”.

Turan Rzayev fikirlərinə əlavə olaraq söylədi ki, Putinin məhz 3 il sonra Belarusa səfər edib Lukaşenkodan Ukrayna müharibəsinə qoşulmasını istəməsinin digər səbəbi də Belarusun xarici işlər naziri Vladimir Makeyin bir müddət öncə sirli şəkildə qəfil dünyasını dəyişməsidir.

“Məsələ ondadır ki, Makey Lukaşenkonun Qərb ilə təmaslarını aparan əsas fiqur idi. Bu mənada onun Kreml tərəfindən öldürüldüyünü də demək olar. Makeyin İrəvanda keçirilən KTMT sammitində iştirak etdikdən sonra həyatını itirməsi də ölümün pərdəarxasında Kremlin olduğu deməyə əsas verir. Nəticə etibarilə Makeyin ölümü Lukaşenkonun manevr imkanlarını məhdudlaşdırdığını bilən Putin Minskə səfər edərək Belarusun Ukrayna müharibəsinə qoşulmasını istəyir”.

Politoloq düşünür ki, Aleksandr Lukaşenko və Vladimir Putinin görüşün yekunlarına dair jurnalistlərə açıqlamasından belə qənaətə gəlmək olar ki, Putin Lukaşenkonu Ukrayna müharibəsinə qatılmağa razı sala bilməyib.

“Ümumiyyətlə Lukaşenko ölkəsinin müharibəyə qoşulmasını istəmir. Bu təkcə onun deyil, başda sadə belaruslar və generallar olmaqla, bütün bir ölkənin vahid fikridir. Heç kəs Rusiya uğrunda işğalçı müharibədə həlak olmaq istəmir. Lukaşenko isə öz növbəsində onsuz da ondan narazı olan daxili auditoriyanı radikallaşdırmaq istəmir. Lakin Putinin istəyini qulaqardına vurmaqda mümkün deyil. Buna görə də Lukaşenko Belarus sərhədlərinin Qərb və NATO-dan müdafiə ritorikasından istifadə edir .Bununla o çalışır ki, Ukraynanın işğalında iştirakdan qaçsın. Digər tərəfdən, Lukaşenko Putini inandıra bilib ki, belə bir müharibə onun hakimiyyətinə, dolayı yolla Rusiyanın Belarusdakı nüfuzuna ciddi ziyan vura bilər. Nəticə etibarilə Lukaşenko bu dəfə də ölkəsinin Ukrayna müharibəsinə qoşulmasından canını qurtara bilsə də Kremlə bir çox məsələdə güzəştə getməli oldu.

Turan Rzayev qeyd etdi ki, Rusiya 2023-cü ildə Ukraynaya hücumları intensivləşdirsə, Belarus ərazisindən aktiv şəkildə istifadə edə bilər. Bu isə Ukraynanın Belarus ərazilərini vurması ilə nəticələnər. Görünür Putin həm də bu versiyaya inanır və beləliklə, Minskin gec-tez Ukrayna müharibəsinə qoşulacağını düşünür.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putin #tələb #etdi #Lukaşenko #seçim #etdi #Minsk #müharibəyə #qoşulacaqmı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu