fbpx

Azərbaycan Gürcüstan və Qazaxıstandan olan sürücülərə “Yaşıl Kart” satacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İcbari Sığorta Bürosu (İSB) yerli sığorta şirkətlərinin Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sürücülərinə “Yaşıl Kart” satması üçün Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə razılıq əldə edib.

Metbuat.az İSB-yə istinadən xəbər verir ki, Büro bu barədə BBŞ-yə rəsmi müraciət göndərib.

Razılığa əsasən, gələn il yanvarın 1-dən Azərbaycan sığortaçıları adı çəkilən ölkələrin nəqliyyat vasitələrinin sahiblərinə “Yaşıl Kart” sığorta şəhadətnamələri satacaqlar. Xidmət ixracı anlamına gələn bu fəaliyyətdən yerli sığorta şirkətlərinin böyük mənfəət əldə edəcəyi gözlənilir.

Rüya tabirlerini burdan oku

Bu ilin yanvar-noyabr aylarında İSB “Yaşıl Kart” sığorta sistemi üzrə xaricdə baş vermiş yol-nəqliyyat hadisələrinə görə 531 min manata yaxın, xarici vətəndaşların ölkə ərazisində törətdiyi sığorta hadisələrinə görə isə 95 min manatdan çox ödəniş edib. Xaricdə baş verən hadisələr arasında ən böyük ödəniş Almaniya ərazisində qeydə alınmış yol qəzasına görə verilib və 31 586 manat təşkil edib. Xarici vətəndaşların iştirakı ilə Azərbaycan ərazində baş vermiş hadisələr arasında isə ən böyük ödəniş isə Rusiya vətəndaşının iştirakı qeydə alınmış yol qəzasına görə verilib və 23 000 manat təşkil edib.

BMT-nin Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən “Yaşıl Kart” Sığorta Sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılıb. İSB 1 yanvar 2016-cı ildən milli “Yaşıl Kart” Bürosunun funksiyalarını həyata keçirir, bu sistem üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq “Yaşıl Kart” Sığorta Sistemində Azərbaycanı təmsil edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #Gürcüstan #və #Qazaxıstandan #olan #sürücülərə #Yaşıl #Kart #satacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu