fbpx

Salyan sakini 2 nəfəri soydu

BEY.AZ informasiya agentliyi xəbər verir


Salyan sakini Şirvanda 2 nəfəri soyub.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Şirvan Şəhər Polis Şöbəsinə iki nəfər şəhər sakininin bankomatdan pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədikləri, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığı və onların pullarını soyğunçuluq yolu ilə ələ keçirdiyi barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Aparılan araşdırmalarla həmin cinayət əməlini Bakı şəhərində saxlanılmış və inzibati qaydada həbs edilmiş Salyan rayon sakini Fizuli Nəcəfovun törətməsi müəyyən edilib.

Həmin şəxs Şirvan ŞPŞ-nə gətirilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Polis əməkdaşları F.Nəcəfovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Salyan #sakini #nəfəri #soydu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin