Azərbaycanın ilk ödənişli yolu tamamlanır: Qiymət belə hesablanacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
“AYDA tərəfindən Azərbaycanda ilk ödənişli yolun açılışı təmin ediləcək. Ondan sonra Bakı-Quba istiqamətində beton yolun lokal sıradan çıxmış hissələri təmir olunub vətəndaşların istifadəsinə veriləcək”.
Metbuat.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib.
O ki qaldı qiymətlərə, Saleh Məmmədov bildirib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər artıq təqdim olunub. Tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir.
Agentlik rəsmisi qeyd edib ki, sözügedən yolda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #ilk #ödənişli #yolu #tamamlanır #Qiymət #belə #hesablanacaq