Azərbaycanlı ifaçıya dünya çempionu olan əri xəyanət etdi
Müğənni Dəniz Firudinliyə həyat yoldaşı, dünya çempionu Samir Kazımovdan xəyanət üstündə boşandığı üzə çıxıb.
Bey.az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda ifaçı “Maqazin plyus” verilişinə müsahibəsində deyib.
Xəyanətə uğrayan Dəniz başına gələn hadisəni bu cür ifadə edib: “Gərək xəyanəti eləməyəsən. Əgər xəyanət edib, peşmançılıq duyub, onun əziyyətini çəkirsənsə, şəxsən mən onu bağışlamağı bacarıram. Qəlbən bağışlamasam da, amma xaricən bağışlayıram. İnsan olaraq bunu zamana buraxıram. O özü öz səhvini anlayır və başa düşür ki, nə qədər böyük səhv edib. Mənim üçün yalan və xəyanət eyni şeydir. Kimin üçünsə ayrı ola bilər, amma mənim üçün eynidir. Yalan beynimə, üəlbimə toxunan bir şeydir. Qarşı tərəflə xoş münasibətdəsənsə, mehribansansa, xoşbəxtsənsə niyə ona yalan danışıb, xəyanət etməlisən? Niyə?”.
Qeyd edək ki, cütlüyün toyu 2017-ci il martın 23-də paytaxt restoranlarının birində olmuşdu. Samir Kazımov kiqboksinq idman növü üzrə dəfələrlə dünya çempionu olub və bu idman növünün K-1 versiyası üzrə Avropa çempionudur. Dənizin ilk evliyindən bir övladı var.