Qaragilə və ispanaq artrit simptomlarını yüngülləşdirir
BEY.AZ informasiya agentliyi xəbər verir
Artrit ağrıları insanı çox rahatsız edə bilər. Bu vəziyyətə qarşı vahid dərmanın olmamasına baxmayaraq, simptomları yüngülləşdirmək üçün görülə bilən bəzi tədbirlər var.
Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir çox digər xəstəliklərdə olduğu kimi, pəhriz artritin nəticələrini yüngülləşdirmə üsullarından biridir.
Revmatoid artritin müalicəsində iki qida məhsulu əsas yer tuta bilər. Revmatoid artrit osteoartritdən sonra ikinci ən yayılan artrit formasıdır.
Adətən hər hansı bir oynaq zədələnməsinin nəticəsi olan osteoartritdən fərqli olaraq revmatoid artrit autoimmun xəstəliyidir. Bu, immun sistemin səhvən oynaqları örtən hüceyrələrə hücum etdiyi zaman baş verir.
Nəticədə oynaqlar şişkin, sərt və ağrılı olur.
Yeni araşdırmada, iştirakçıların 24 faizi qida məhsullarının onların artritinə təsir etdiyini, bu zaman 15 faizi yaxşılaşdığını, 19 faizi isə pisləşdiyini bildirib. Onların dörddə biri də artriti “ağırlaşdırdıqları” üçün qida məhsullarından fəal şəkildə qaçdıqlarını bildirib. Çox vaxt simptomları yaxşılaşdıran iki qida məhsulu qaragilə və ispanaq olub, şəkərli qazlı içkilər və desertlər isə revmatoid artrit əlamətlərini daha da ağırlaşdırırdı.
Artritin ümumi simptomlarına oynaq ağrısı, oynaqlarda və ətrafında iltihab, oynaqların məhdud hərəkəti, zədələnmiş oynaq üzərində isti qırmızı dəri, əzələ zəifliyi və gücsüzlüyü daxildir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qaragilə #və #ispanaq #artrit #simptomlarını #yüngülləşdirir