fbpx

İrəvanla Moskva arasında çat dərinləşir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə Kremlin İrəvana təzyiqini iki tələblə izah edib: “Rusiya bizdən Azərbaycana dəhliz verməyi və Rusiya-Belarus ittifaqına qoşulmağı tələb edib”. Armen Qriqoryanın sözlərinə görə, bu gün Laçın yolunda baş verənlər guya İrəvanın Kremlin iki tələbini yerinə yetirməməsiylə bağlıdır. Qriqoryan sentyabr ayında Azərbaycanla Ermənistan təmas xəttindəki döyüşləri də Kremlin tələblərinin yerinə yetirilməməsiylə izah edib.

Metbuat.az xəbər verir ki, Armen Qriqoryanın müsahibəsini şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, onun sonuncu cümləsi də Kremlə atmacadır:

“Qriqoryan deyir ki, Ermənistan demokratiyası və demokratik sistemimiz Kremlin ittifaq təklifinə müqavimət göstərdiyinə görə hərbi təzyiqlə üzləşib. Qriqoryan bu cümləsi ilə demək istəyib ki, birincisi Ermənistan demokratik, Rusiya avtoritar dövlət olduğuna görə ittifaqa qoşulmayacaqlar. İkinci məqam odur ki, İrəvan Moskvanın şərtini qəbul etmədiyinə görə Azərbaycan Ermənistana təzyiqi artırıb. Armen Qriqoryanın bu müsahibəsi Kremlin narahatlığına səbəb olacaq. Özü də müsahibə baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşünə təsadüf edib”.

Rüya tabirlerini burdan oku

Politoloq xatırlatdı ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəfli görüşdən imtina etməsi də Kremlin narazılığına səbəb olmuşdu. Əslində Armen Qriqoryanın Rusiyanın təzyiqlərini ictimaiyyətə bildirməsi İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək.

“Digər tərəfdən bu müsahibə Ermənistan hakimiyyətinin çarəsizliyini göstərir. Ermənistan Rusiyadan asılı dövlətdir. Buna baxmayaraq, İrəvan Kremlin tələblərini yerinə yetirmir. İrəvan öz növbəsində Rusiyadan imtina da edə bilmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur. Bu amillər Azərbaycana öz şərtlərini diqtə etmək üçün geniş manevr imkanları yaradır” – deyə politoloq qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İrəvanla #Moskva #arasında #çat #dərinləşir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu