BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası axşam saatlarında da coşqu ilə davam edir.
Metbuat.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 21-ci gündür davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#LaçınXankəndi #yolundakı #etiraz #aksiyası #coşqu #ilə #davam #edir

