fbpx

Ukrayna Rusiyanın atəşkəs təklifini rədd etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Kiyev Rusiyanın təklif etdiyi Milad atəşkəsini dəstəkləməyəcək.

Metbuat.az xəbər verir ki, bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov “24 kanal”ın efirinə verdiyi açıqlamasında söyləyib.

“Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə bir həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, – deyə Danilov bildirib.

O vurğulayıb ki, Ukrayna öz torpağında nəyi uyğun görsə, onu edəcək.

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.

V.Putin bu addımı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin müraciətini nəzərə alaraq atıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukrayna #Rusiyanın #atəşkəs #təklifini #rədd #etdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin