fbpx

Üzeyir bəyin heykəlinə ayaqqabı atanlara bu CƏZA VERİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılmışdı.

İlgili Makaleler

Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıb:

“Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Üzeyir #bəyin #heykəlinə #ayaqqabı #atanlara #CƏZA #VERİLDİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin