Ukraynada atəşkəs reallaşmadı – Putinin qərarı boşa çıxdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna ordusu Rusiyanın atəşkəs elan etməsinə baxmayaraq hücumlarını davam etdirir.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynadakı vəziyyətlə bağlı açıqlamasında qeyd edib ki, Rusiya ordusunun atəşkəs elan etməsinə baxmayaraq, Kiyev rəhbərliyi yaşayış məntəqələrinə və rus əsgərlərinə qarşı artilleriya hücumlarını davam etdirir. Konaşenkov bəyan edib ki, rus qoşunları artilleriya atəşinin həyata keçirildiyi Ukrayna mövqelərinə cavab atəşi açıb.
Qeyd edək ki, Prezident Vladimir Putin Ukraynada bu gündən etibarən 36 saat müddətində atəşkəs tətbiq edilməsi barədə əmr verib. Bu barədə Kremldən açıqlama verilib.
Bildirilib ki, Vladimir Putin ortodoksların milad bayramı ilə əlaqədar belə qərar qəbul edib. Döyüş bölgələrində çox sayda ortodoksun yaşaması ilə əlaqədar olaraq insanların milad bayramı münasibətilə dini mərasimlərdə iştirak edə bilməsi üçün Ukrayna tərəfinə müvəqqəti atəşkəs elan etmək çağırışı edirik” – açıqlamada deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukraynada #atəşkəs #reallaşmadı #Putinin #qərarı #boşa #çıxdı