fbpx

Rusiyalı hakerlər ABŞ-ın üç nüvə laboratoriyasına hücum edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyalı hakerlər ABŞ-ın üç nüvə laboratoriyasına hücum ediblər.

Metbuat.az Unian-a istinadən xəbər verir ki, “Cold River” kimi tanınan rus haker qrupu bir neçə ay öncə ABŞ-ın üç nüvə tədqiqat laboratoriyasına hücum ediblər. Bu məlumatı “Reuters”in jurnalisti və beş kibertəhlükəsizlik ekspertinin internetdə yayılmış qeydləri də təsdiq edib.

Qeyd olunur ki, avqust-sentyabr ayları arasında Prezident Vladimir Putin Rusiya Federasiyasının öz ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olduğunu elan edərkən, “Cold River” Brookhaven (BNL), Arqonsk (ANL) və Lawrence Livermore Milli Laboratoriyasına (LLNL) hücum edib.

Məlumatda o da bildirilir ki, bu laboratoriyaların niyə hədəf seçildiyi, həmçinin hücumların uğurlu olub-olmadığı da tam bəlli deyil. Kibertəhlükəsizlik tədqiqatçılarının və Qərb rəsmilərinin fikrincə, Rusiyanın fevralın 24-də Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra “Cold River” Kiyevin müttəfiqlərinə qarşı haker kampaniyasını gücləndirib.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiyalı #hakerlər #ABŞın #üç #nüvə #laboratoriyasına #hücum #edib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin