Qarabağ iqtisadi rayonuna səfər edənlərin sayı açıqlandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7841 nəfər vətəndaşın səfəri təşkil olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter“ hesabında bildirib.
Qeyd edilib ki, Xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlərdə 3751 nəfər iştirak edib.
Onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.
“Yolumuz Qarabağa” marşrutları vasitəsilə təşkil olunan vətəndaş səfərləri zamanı ümumi 123 reys həyata keçirilib.
Ümumi sərnişin sayı 4090 nəfər olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #iqtisadi #rayonuna #səfər #edənlərin #sayı #açıqlandı