fbpx

Almaniyada terror aktının qarşısı alınıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Almaniyanın qərbində yerləşən Kastrop-Rauksel (Şimali Reyn-Vestfaliya) şəhərində zəhərli maddələrdən – sianid və risindən istifadə etməklə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar günü Düsseldorfun Baş Prokurorluğu, Reklinqhauzen və Münster polisinin birgə açıqlamasında deyilir.

İş üzrə əsas təqsirləndirilən şəxs “dövlət üçün təhlükə yaradan ağır cinayəti hazırlamaqda şübhəli bilinən” 32 yaşlı İran vətəndaşıdır. Bildirilir ki, o, terror aktı törətmək üçün sianid və risin alıb.

Bundan əlavə, “WDR”in məlumatına görə, onun qardaşı da saxlanılıb.

Hüquq-mühafizə orqanları dünən axşam Kastro-Raukseldə iranlının yaşadığı evdə axtarış aparıblar. Kimyəvi maddələr əlavə tədqiqat üçün mavi qablarda çıxarılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Almaniyada #terror #aktının #qarşısı #alınıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin